Anbar və anbar uçotu: ERP sistemi çərçivəsində nəzarət

ERP texnologiyalarının tətbiqi ilə mal-material qiymətlilərinin anbar proseslərinin: onların anbara qəbulu, saxlanması və oradan çıxması üzrə əməliyyatların, - uçotunun aparılması prosesi əhəmiyyətli dərəcədə sadələşmiş olur. Bu proqram, malların və məhsulların hərəkətinin izlənməsi və nəzarəti, logistika proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur. Sistemin tətbiq edilməsi nəticəsində iri həcmli kağız sənəd dövriyyəsinin aradan qaldırılması, aparılan əməliyyatlara çəkilən vaxt sərfiyyatını dəfələrlə azaltmağa imkan verir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

“Caspel” şirkəti proseslərin gedişatının effektivliyinin artırılması və biznesin aparılmasının sadələşdirilməsi üçün sistemin müəssisədə qurulması üzrə optimal həllər təklif edir.

Texnologiyanın aşağıdakı imkanları vardır:

  • satın alınan avadanlıqların və materialların uçotunun aprılması;
  • məhsulun miqdarının dəyişilməsinə daimi nəzarət;
  • istehsalın davam etməsi üçün xammalın verilməsinə nəzarət;
  • ehtiyatlara əlçatarlığın yalnız səlahiyyətli şəxslər üçün təmin edilməsi;
  • insan amilinin (səhvlərin) minimallaşdırılması;
  • personalın səhlənkarlığının istisna edilməsi;
  • mal-material qiymətlilərinin anbardan itkisi risklərinin azaldılması.

“Caspel”in təklifinin üstünlüklərindən biri də müştərinin vaxt və material vəsaitlərinin qorunub saxlanması imkanlarının olmasıdır. Anbarda ERP sisteminin tətbiqi və material qiymətlilərinin hərəkətinin tam avtomatlaşdırılması həmçinin işçi ştatına çəkilən xərcləri də azaltmağa imkan verəcəkdir. Belə texnologiyanın mövcudluğu anbarda xammalın olmamasına vaxtında reaksiya verilməməsi səbəbindən istehsal prosesində boşdayanmaların istisna edilməsinə də şərait yaradacaqdır.

ERP vasitəsilə rasional logistika

ERP sisteminin tətbiqi anbar üçün məhdud sahənin olması və ya materialların erqonomik tərzdə yerləşməsi və onlara müəssisənin müxtəlif bölmələrindən rahat əlçatarlığın olması şəraitində aktullaşır. Logistikanın aparılması istehsalatda əməliyyatların yerinə yetirlməsi sürətindən birbaşa şəkildə asılıdır.

ERP texnologiyasının tətbiqi ümumilikdə anbar kompleksinin işinin effektivlik və məhsuldarlığının artırılmasına yönəlmişdir. Texnologiyanın tətbiqi aşağıdakı nəticələrin əldə edilməsinə gətirib çıxara bilər:

  • anbar sahə və otaqlarından düzgün şəkildə istifadə;
  • anbarda olan material həcminin onların yerləşdirilmə zonasına uyğunluğu;
  • xammalın dislokasiya olunmasının optimal tərzdə nişanlanması;
  • materialların dəqiq “ünvanlı” yerləşdirilməsi;
  • daxil olan/çıxan mal-material axınlarına nəzarətin həyata keçirilməsi.

Bütün bunlardan da başqa, personalın anbar ərazisində hərəkətinin optimallaşdırılması da, orada aparılan işin sürətinin artırılmasına, xammalın vaxtlı-vaxtında istehsalat xəttinə verilməsinə, ilkin və hazır məhsulun çeşidlənməsinə xidmət edir.

“Caspel” şirkəti konkret müəssisənin fəaliyyət şəraitinə optimallaşdırılmış fərdi ERP sistemlərinin hazırlanmasını təklif edir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı