Strukturlaşdırılmış kabel sistemlərinin hazırlanması və quraşdırılması

"Caspel" şirkəti tərəfindən yerinə yetirilən xidmətlərdəm biri də - biznes üçün strukturlaşdırılmış kabel sistemlərinin (SKS) hazırlanması və quraşdırılması xidmətidir. SKS - müəssisənin rabitə kabellərindən, ayırıcılardan və kommunikasiya avadanlığı vasitəsilə qurulan informasiya və kommunikasiya sahəsinin əlaqələndirici əsasıdir. Bütün bunlar birlikdə müəssisənin lokal şəbəkəsinin bazasını yaradırlar.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Altsistemlərin etibarlı və imtinasız işi üçün zəruri olan dərin inteqrasiya əsaslı hazırlıq və strukturlaşdırılma, effektiv müasir lokal sistemlərin yaradılması üçün material ehtiyatlarına çəkilən xərcləri və sərf olunan vaxtı minimallaşdırmağa imkan verir. Belə şəbəkələr biznesin səmərəli şəkildə idarə edilməsinə, işlərin gedişatı barədə operativ məlumatlara malik olmağa və əməkdaşlar üçün informasiyaya çevik buraxılış sistemini formalaşdırmağa geniş imkanlar yaradır.

SKS-in quraşdırılması zaman müştərilərin sürət, hər bir otağa bölüşdürülən kommunikativ ayırıcıların sayı və konfiqurasiyası, telefoniyanın mövcudluğu və digər əlavə imkanlarla bağlı bütün arzuları nəzərə alınır.

Optik-lifdən və ya mis məftilli kabellərdən olan strukturlaşdırılmış kabel şəbəkələrinin hazırlanması və quraşdırılması üzrə "Caspel"in təkliflərinin aşağıdakı xüsusiyyətləri vsrdır:

  • Universallıq. "Caspel" istehsal obyektləri, inzibati və yaşayış binaları, təhsil müəssisələri, kottec şəhərcikləri üçün SKS-lər hazırlayır və quraşdırı;
  • Əlverişsiz istehsal sexlərinin də şəraiti daxil, arxitekturanın xüsusiyyətləri və ətraf mühitin təsiri nəzərə alınmaqla şəbəkə quraşdırılmasının optimallığa istiqamətliliyi.
  • Yüksək dəqiqlikli və ya güclü avadanlığın işi zamanı meydana çıxan dalğalı maneələr və əngəllərə qarşı olan yüksək tələblər nəzərə alınmaqla sxemlərin professional şəkildə qurulması;
  • SKS-in montajı zamanı təsdiq olunmuş sxemlərə ciddi riayət edilməsi;
  • "Caspel" şirkəti tərəfindən tikilmiş strukturlaşdırılmış kabel şəbəkələrinin yünsək səviyyəli texniki-istismar xarakteristikalarını təmin edən etibarlı materiallardan istifadə;
  • SKS-in mütləq testdən keçirilməsi və sertifikatlaşdırılması müşayiət olunan lokal şəbəkənin buraxılış-sazlama işlərinin keçirilməsi;
  • İşlərin bitirilməsinin müqavilədə göstərilən müddətlərinə ciddi şəkildə riayət olunması;
  • İşlər sona çatdıqdan sonra zəmanətin verilməsi;
  • Fəaliyyərdə olan sistemin informasiya və servis dəstəyi.

"Caspel" şirkətinin istifadə etdiyi texnologiyalar şəbəkəni miqyaslaşdırmağa imkan verir. Zərurət halında SKS-in lokal şəbəkəyə qoşulan əlavə hissələri də işə salına bilərlər.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı