Müvəffəqiyyətlər tarixçəsi

İndiki zaman
2015

Datacom

2015

Vergilər Nazirliyi

2015

ABACO

2015

Azəryolservis

2015

İntegris

2015

DƏDRX Kadastr və Yerquruluşu LTM

2015

Caspian Development Bank

2015

Kənd Təsərrüfatı Nazirliyi

Elektron kənd təsərrüfatı yaradılması üzrə aparılan işlər çərçivəsində pilot Xaçmaz rayonunda torpaq sahələrinin identifikasiyası sistemi, fermer təsərrüfatlarının reyesri və sistemin digər modulları üzrə buraxılış-işəsalma və təcrübə işləri keçirilmişdir. Bundan da başqa Nazirliyin sənəd dövriyyəsinin elektron uçot sisteminə keçid üzrə uğurlu işlər aparılmış, nazirliyin rayonlarla və infrastrukturun əsas institutları ilə rabitəsi həyata keçirilmişdir. Bundan da başqa texniki nəzarətin inspeksiyasının avtomatlaşdırılmış informasiya sistemi istismara verilmişdir.

Ətraflı
2015

Bank Avrasiya

2015

Caspian Development Bank

2014

Datacom

2014

Vergilər Nazirliyi

2014

Cybernet

2014

Abşeron Qazma İdarəsi

2014

Vergilər Nazirliyi Naxçıvan

Vergilərin stabil şəkildə yığılması birbaşa şəkildə məlumatların ötürülməsinin keyfiyyətli texniki təminatı və bu sistemin işinin fasiləsizliyindən asılıdır. Elə ona görə də strateji cəhətcə mühüm dövlət qurumunda köhnəlmiş və səmərəsiz kommunikasiya vasitələrindən istifadəsi mümkün deyildir.
Naxçıvan Vergilər Nazirliyinin işi həm də çoxlu sayda filiallarla, Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə, vergi ödəyiciləri ilə, nəzarətedici orqanlarla və əhali ilə daimi əlaqənin olmasını da ehtiva edir. Təbii ki, Vergilər Nazirliyinin iş sistemində baş verən hər hansı nasazlıq maliyyə təhlükəsizliyinə təhlükə kimi qəbul edilir.

Ətraflı
2014

Çağla GRUP

2014

Sumqayıt Kimya Sənaye Parkı MMC

2014

DSX

2014

İqtisadi İnkişaf Nazirliyi

"Caspel" şirkəti tərəfindən həyata keçirilən irimiqyaslı kompleks işlərin nəticəsində Nazirliyin baş inzibati binasını və regional bölmələrini əlaqələndirən və bunların ayrı-ayrılıqda və birgə fasiləsiz işini təmin edə bilən müasir, keyfiyyətli, mürəkkəb kommunikasiya strukturu qurulmuşdur. Burada məlumatların operativ ötürülməsini, saxlanmasını, habelə ekstremal şəraitlərdə bərpasını həyata keçirə bilən kompleks proqram təminatı təqdim edilmişdir.
İqtisadi İnkişaf Nazirliyi, texniki qəza şəraitini və işin pozulmasını istisna edən yüksək məhsuldarlıqlı kommunikasiya sistemini əldə etmişdir. Dövlət qurumu olaraq, nazirliyin qarşısında duran ən mühüm məsələlərdən biri - tam texniki təchizata, müasir tələblərə cavab verən yeni kommunikasiya sisteminə və proqram təminatına, yüksək texnoloji sistemə malik olmaq vəzifəsi yerinə yetirilmişdir.

Ətraflı
2014

Azerpay MMC

2013

Vergilər Nazirliyi

2013

ZQAN Holding

2013

Bank Technique

2013

Bakı Gəmiqayırma Zavodu

2013

ALTERF

2012

Atabank

2012

AG Bank

2012

Vergilər Nazirliyi

Videokonfrans rabitəsi sisteminin tətbiqi Vergilər Nazirliyinə əməkdaşların ezamiyyə xərclərinə əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verdi. Bundan da başqa, "Vahid pəncərə" videokonfrans sistemi uzaq məsafədən sorğu-sual və sənədlərin təhlilini aparmağa, protokolun avtomatik aparılmasını həyata keçirməyə, məsafədən məhkəmə iclaslarını keçirməyə və kassasiya şikayətlərinin araşdırılmasına imkan verir. Sistemin təqdimatı mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və vergilər naziri Fazil Məmmədov iştirak etdilər. Təqdimat zamanı ölkə başçısı respublikanın 12 şəhərində yerləşən vergi departamentləri ilə telekonfrans keçirdi.

Ətraflı
2012

Texnikabank

2012

Maliyyə Nazirliyi

2012

Belarus Səfirliyi

2012

İqtisadi İnkişaf Nazirliyi

2012

Binəqədi Rayon İcra Hakimiyyəti

“Caspel” şirkətinin Binəqədi rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq formatında həyata keçirdiyi mərhələli addımlar sayəsində, rayon icra qurumunun sənəd dövriyyəsi və uçotunun təşkili işini keyfiyyətcə tam yeni bər səviyyəyə qaldırmaq, sənəd dövriyyəsi prosesini modernləşmiş sistemə uyğun yenidən qurmaq kimi məsələlər həll edilmişdir. İcra hakimiyyəti qurumunun cari fəaliyyəti, müasir və effektiv yanaşmalara əsaslanan modelə transfer edilmişdir. Əhali ilə Binəqədi rayon İcra Hakimiyyətinin interaktiv rabitəsini təmin etmək üçün rahat istifadə interfeysi və geniş funksionalı ilə səciyyələnən müasir sayt işlənib hazırlanmışdır.

Ətraflı
2011

Vergilər Nazirliyi

2011

Azerfon

2011

AzərAqrarTikinti

2011

Vergilər Nazirliyi

Vergilər Nazirliyi elə bir inkişafda olan infrastrukturdur ki, yerinə yetirdiyi vəzifələr işinin operativliyindən və texniki təchizatı səviyyəsindən birbaşa asılıdır. Təcrübə göstərir ki, bir çox dövlət strukturları üçün nə telefon danışıqları, nə də elektron poçt əlaqəsi qarşıya çıxan mürəkkəb məsələlərin operativ və keyfiyyətli həllinə imkan vermir.
Belə bir durumda məhz videokonfrans rabitəsi – məlumatların ötürülməsi, operativ müzakirələrin keçirilməsi, fövqəladə vəziyyətlərdə kollegial formada operativ qərarlar qəbul edilməsi zamanı – sürətlə və keyfiyyətli şəkildə məsələləri həll etməyə imkan verən zəruri alətə çevrilir.

Ətraflı
2011

Atabank

2011

Şəmkir şəhəri

İri mədəni mərkəzlərin təchizatında innovasiyalardan istifadə edilməsi texniki tərəqqiyə verilən hörmətdən irəli gəlmir. Belə innovasiyalar müasir reallıqların həyati zərurətidir. Nəzərə almaq lazımdır ki, texnologiyalar çox tez köhnəlir. Ona görə də öz zamanını qabaqlayan və zaman keçdikcə modernləşdirilə bilən texniki təchizatların yaradılmasının çox böyük əhəmiyyəti vardır. Şəmkir şəhərində dövlət layihəsi olan müasir mədəni kompleksin yaradılması zamanı da məhz bu prinsiplərə önəm verilmişdi. Kompleks Heydər Əliyev Mərkəzindən, Gənclər şəhərciyi və Bayraq Meydanından ibarətdir.

Ətraflı
2010

İT Solutions

2010

"Xalq Bank"

2010

Azersun

2010

Kred Agro

2010

Oğuz-Qəbələ-Bakı su kəməri

2010

İK-Tex

2010

Embawood

2010

Vergilər Nazirliyi

2010

"Nikoil Bank"

Hər bir bankın fəaliyyətinin ən ümdə şərti – məlumatın operativ, təhlükəsiz və fasiləsiz ötürülməsinin təmini ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, bank fəaliyyətinin mahiyyətində konfidensiallıq amili durur və bu amil, məlumatın qorunaraq ötürülməsinin əhəmiyyətini ən vacib vəzifələr sırasına çəkir. Bu baxımdan, bədxah niyyətli insanların ötürülən məlumatlara əlçatarlıqlarının riskini minimallaşdırmaq və idealda istisna etmək – bank fəaliyyəti çərçivəsində həll edilməli olan birinci dərəcəli mövzudur. Axı sistemin sındırılması, bankın konfidensial məlumatlarının bədxah niyyətli insanların əlinə keçməsi banka birbaşa maddi zərər vurmaqla yanaşı, müştərilər və partnyorlar tərəfindən olan etimadın, o cümlədən, potensial müştəri bazasını dolduran əhalinin etimadının sarsılmasına səbəb olacaqdır.

Ətraflı
2010

Azərbaycan meliorasiya və su təsərrüfatı

Azərbaycan üçün və həmçinin onun digər qonşu və yaxınlığında yerləşən dövlətlər üçün normal həyat tərzini və fəaliyyətini qoruyub saxlamaqda su ehtiyatlarının: yəni, çayların və onların qollarının, su axarlarının, su anbarlarının, göllərin, suvarıcı kanalların və s. bu kimi su mənbələrinin çox mühüm əhəmiyyəti vardır.
Kür çayının qolu və öz böyüklüyünə görə də Azərbaycanın ikinci çayı olan Araz çayı həm İranın və həm də ki, Azərbaycanın ərazisi ilə axır. Arazın hər iki ölkənin sərhəd əraziləri ilə axdığı yerlərdə bu çaydakı suyun səviyyəsini nizamlayan şlüzlər qurulmuşdur. Qeyd etmək lazımdır ki, bu yerlərdə yaz və yay fəsillərinin ən əsas problemlərindən biri çayda suyun daimi səviyyəsinin qorunub saxlanması olur.

Ətraflı
2009

Kred Agro

2009

"Royal Bank of Baku"

2009

AzərAqrarTikinti

2009

AMEA İTİ

2009

Azerfon

2009

Vergilər Nazirliyi

2009

Oğuz - Qəbələ - Bakı su kəməri

„CASPEL“ şirkətinin mütəxəssislərinin professional və böyük zəhmət tələb edən işi nəticəsində müasir, tam avtomatlaşdırılmış və istismarda rahat olan su kəməri sisteminin yaradılmasına müvəffəq olunmuşdur.
Bu kəmərin texniki təminatı sizmaları tez bir şəkildə lokallaşdırmağa və aradan qaldırmağa, həmçinin sonuncu istehlakçıya çatmalı suyun keyfiyyətini nəzarətdə saxlamağa imkan verir. Artezian quyularının avtomatlaşdırılması isə real vaxt rejimində hər bir dərinlik nasosunun işinə mərkəzi idarəetmə pultunun vasitəsilə nəzarət etməyə və zəruri hallarda da vaxtında mühüm qərarlar verməyə imkan vermişdir.

Ətraflı
2009

İK-Tex

2009

Real Estate

2009

R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi

Hər bir müasir insan əminliklə deyə bilər ki, ömründə heç olmasa bir dəfə tanınmış və ya bir o qədər də tanınmamış müəlliflərin incəsənət əsərlərinə doyunca baxıb ləzzət almaq mümkün olan müxtəlif səpkili muzeylərdə, sərgilərdə və digər bu qəbildən olan yerlərdə olmuşdur. Və bu zaman muzey nə qədər böyük olursa, onu gəzmək daha maraqlı olur. Belə ki, bu zaman arxayın olmaq olar ki, tamaşa etdiyimiz müxtəlifliyin təəssüratı hələ uzun zaman bizi müşaiyət edəcəkdir...
Bütün bu deyilənləri tam şəkildə Bakıdakı R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinə də aid etmək olar. Hal-hazırda burada Azərbaycanın ən iri bədii kolleksiyası toplanmışdır ki, bu da 7000-dən çox incəsənət əsəri deməkdir.

Ətraflı
2008

KredAqro

2008

IK-TEX

2008

QarantSığorta

2008

Baş Prokurorluq

2008

"Pal Bank"

2008

Biznes Rabitə

2008

Dövlət Sərhəd Xidməti

Dövlət Sərhəd Xidməti – ölkənin ərazi təhlükəsizliyini və suverenliyini qorumaq kimi şərəfli və məsuliyyətli bir vəzifəni daşıyır. Hal-hazırda dünyada mövcud olan xarici-siyasi durumda ölkənin təhlükəsizlik məsələlərinə etinasız münasibət xüsusilə qəbuledilən bir iş deyildir. Bu vəzifə, texniki təminatı vaxtlı-vaxtında yeniləmək və modernləşdirmək kimi mühüm bir mövzunu gündəmə gətirir. Belə ki, Dövlət Sərhəd Xidmətinin texniki təminatının vəziyyəti, onun qarşısında duran vəzifələrin icra keyfiyyətini şərtləndirən xüsusiyyətlərdəndir.

Ətraflı
2008

Sosial Mudafiə Fondu

2008

Mugan Bank

2008

Azenko

2006

"DəmirBank"

“DəmirBank” ASC Azərbaycanın ən iri banklarından biridir. O, həm Azərbaycanda, həm də MDB ölkələrində sığorta, ipoteka krediti və pul köçürmələri həyata keçirir. Bankın ölkə ərazisi boyunca 25 nümayəndəliyi vardır.
Çoxlu sayda filialları olan bir bank kimi “DəmirBank” keyfiyyətli və etibarlı korporativ şəbəkənin yaradılmasında maraqlıdır.

Ətraflı
2006 › Layihələr
yuxarı