DəmirBank

“DəmirBank” ASC Azərbaycanın ən iri banklarından biridir. O, həm Azərbaycanda, həm də MDB ölkələrində sığorta, ipoteka krediti və pul köçürmələri həyata keçirir.

“DəmirBank”ın ölkə ərazisi boyunca 25 nümayəndəliyi vardır. Bankın əhaliyə göstərdiyi çoxsaylı xidmətlər sırasında “Быстрая Почта”, “Moneygram”, “Coinstar”, “Migom”, “Contact”, “Western Union” və “Şimşək” rezpublikadaxili pul köçürmələri sistemi vardır.

Qarşıda olan məsələ: Məlumatların ötürülməsinin korporativ şəbəkəsinin yaradılması.

Çoxlu sayda filialları olan bir bank kimi “DəmirBank” keyfiyyətli və etibarlı korporativ şəbəkənin yaradılmasında maraqlıdır. Filiallarının bütün ölkə boyunca və goğrafi cəhətcə bir-birindən uzaqda yerləşməsi şəraitində banka inkişaf templərinin artırılmasına, alınmış məlumatların işlənməsinin sürətlənməsinə, əməliyyatların maya dəyərinin aşağı salınmasına və bütün filialların birgə fəaliyyətinin operativliyini təmin etməyə imkan verən həll lazımdır. Beləliklə, bankın rəhbərliyi yeganə doöru qərar – məlumatların ötürülməsinin korporativ şəbəkəsinin (MÖKŞ) qurulması qərarını verdi.

Həll: Məlumatların ötürülməsinin korporativ şəbəkəsinin yaradılması məsələsinin həlli üçün “DəmirBank”ın rəhbərliyi Azərbaycanın IT və telekommunikasiyalar sahəsi bazarında lider olan “Caspel” şirkətinə müraciət etdi. Belə ki, bütün Azərbaycan ərazisində fibro-optik kabel şəbəkəsinin sahibi olan “Caspel” şirkəti bütün göstəricilərə görə optimal icraçı hesab edilir.

Layihənin həyata keçirilməsi 2006-cı ilin sentyabrında başladı. Bir ay yarım müddətə optik-lif texnologiyaları əsasında bankın 25 filialını mərkəzi ofisi ilə birləşdirən bank məlumatlarının ötürülməsinin korporativ şəbəkəsi quruldu. Bütün bu məsələlər müəssisənin işçi stansiyaları və serverləri arasında olan IP-protokolu üzrə həllini tapdı. Elə bu qayda ilə də “DəmirBank”ın mərkəzləşdirilmiş məlumat bazası formalaşdırıldı.

Nəticə: məlumatların ötürülməsinin korporativ şəbəkəsinin qurulması “DəmirBank”a informasiya portalları, ənənəvi fayl mübadiləsi, elektron poçt, IP-telefoniya kimi biznes-əlavələrdən istifadə etməyə imkan yaratdı. Şəbəkənin bazasında ölkə ərazisində yerləşən bank filialları arasında korporativ telefon rabitəsi yaratdi ki, bu da nəticədə şəhərlərarası telefon danışıqlarına çəkilən xərclərin azalmasına gətirib çıxardı. Məlumatların ötürülməsinin korporativ şəbəkəsi həmçinin filialların bankomatlarının da prosessinq mərkəzinə qoşulmasına imkan verdi. Bu zaman, filiallarda olmayan bankomatlar “Caspel” şirkətinin öz şəbəkəsi vasitəsilə qoşuldu. Azərbaycanın Milli Bankının tələblərinə görə bankların rabitə kanalları vasitəsilə ötürülən məlumatları şifrələnməlidir. Bu tələbə uyğun olaraq, “Caspel” şirkəti qabaqcıl şifrələmə texnologiyalarından istifadə etməklə belə şifrələməni həyata keçirdi.

Məlumatların ötürülməsinin korporativ şəbəkənin yaradılması “DəmirBank”a telefon danışıqlarına olan xərclərini əhəmiyyətli dərəcədə azaltmaqla, bütün filialların nizamlı və operativ işini təşkil etməklə bərabər, həm də məlimatların ötürülməsinin etibarlı sisteminin yaradılmasına imkan verdi.

yuxarı