İqtisadi İnkişaf Nazirliyi

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi – geniş regional təmsilçiliyə malik olan, önəmli iş sahələrini cari fəaliyyətində ehtiva edən bir dövlət qurumudur. Dövlət qurumu olaraq, Nazirliyin yüksək müasir tələblərə cavab verən kommunikasiyaya malik olması - vacib vəzifələrdəndir. Qeyd etmək lazımdır ki, ümumiyyətlə müasir kommunikasiyalar baş inzibati bina ilə regional təmsilçiliklər arasında keyfiyyətli əlaqənin qurulmasını asanlaşdırır, əhalinin dövlət qurumları ilə rabitəsinin keyfiyyətcə yeni səviyyəyə qaldıra bilir.

Bu zaman kommunikasiyanın ümumi keyfiyyəti, hər bir iş kabinetinin və ofisin texniki təchizatının səviyyəsindən bilavasitə asılıdır. Bəzi hallarda kiçik bir nasazlıq, yaxşı təşkil edilmiş bir qurumun və hətta şəbəkənin iş potensialını xeyli aşağı sala bilir, dövlət qurumunun funksional vəzifələrinin icrasını əngəlləyir. Bununla əlaqədar olaraq, müasir texniki avadanlığın montaj edilməsi və kabel şəbəkələrinin çəkilməsi kimi işlərin görülməsi çox böyük əhəmiyyət kəsb edir. Belə ki, rəhbərlik kommunikasiyanın bütün ünsürlərinin fasiləsiz fəaliyyət göstərə biləcəyinə, proqram və texniki təminatın lazımi səviyyədə olmasına əmin olmalıdır.

Həll: İqtisadi İnkişaf Nazirliyinin fasiləsiz iş fəaliyyətinin texniki təminatının aparılması, müasir kommunikasiya sisteminin və kabel şəbəkəsinin qurulması üçün "Caspel" şirkətinə müraciət edilmişdir. Şirkətin peşəkar mütəxəssisləri tərəfindən bu dövlət qurumunun müasir kommunikasiya və avadanlıqla təchiz edilməsi ilə bağlı müfəssəl plan işlənib hazırlanmışdır.

Görülən işlər çərçivəsində "Caspel" tərəfindən nazirliyin baş inzibati binasında və regional bölmələrində tam kabelləşdirilmə işləri aparılmış, servis avadanlığının təmini, məlumatların saxlanması və qorunması üçün proqram təminatlar işlənmiş, yüksək sürətli internetə qoşulma həyata keçirilmişdir.

Bu sırada görülən işlər arasında seysmik təhlükəni tam nəzərə alan Fəlakətədavamlı Ehtiyat Mərkəzinin yaradılması xüsusilə qeyd edilməlidir. Bu Mərkəzin işi elə qurulmuşdur ki, fövqəladə hallar və təbii fəlakətlər şəraitində də belə, yığılmış məlumatların qorunması təmin edilir.

Nəticə: "Caspel" şirkəti tərəfindən həyata keçirilən irimiqyaslı kompleks işlərin nəticəsində Nazirliyin baş inzibati binasını və regional bölmələrini əlaqələndirən və bunların ayrı-ayrılıqda və birgə fasiləsiz işini təmin edə bilən müasir, keyfiyyətli, mürəkkəb kommunikasiya strukturu qurulmuşdur. Burada məlumatların operativ ötürülməsini, saxlanmasını, habelə ekstremal şəraitlərdə bərpasını həyata keçirə bilən kompleks proqram təminatı təqdim edilmişdir.

İqtisadi İnkişaf Nazirliyi, texniki qəza şəraitini və işin pozulmasını istisna edən yüksək məhsuldarlıqlı kommunikasiya sistemini əldə etmişdir. Dövlət qurumu olaraq, nazirliyin qarşısında duran ən mühüm məsələlərdən biri - tam texniki təchizata, müasir tələblərə cavab verən yeni kommunikasiya sisteminə və proqram təminatına, yüksək texnoloji sistemə malik olmaq vəzifəsi yerinə yetirilmişdir.

yuxarı