Maddi-texniki təchizat uçotunun elektron sistemi

“Caspel” şirkəti tərəfindən təklif edilən müəssisənin maddi-texniki təchizat sistemi biznes fəaliyyətində işin fasiləsizliyini təmin etmək üçün zəruri olan avadanlığın və məsrəf materiallarının alınmasının effektiv uçotunun aparılması üçün yaradılmışdır. Sistem həmçinin, sifariş verilmiş texnoloji əməliyyatların aparılması üçün ayrı-ayrı əməkdaşlara verilmiş vəsaitlərin uçotunu da izləyir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Maddi-texniki təchizat sistemi öz-özlüyündə maddi vəsaitlərin alınması, onların müəssisədə istifadəsinin uçotu prosesini sadələşdirmək üçün hazırlanmış bir neçə IT-sistemdən ibarətdir.

Belə bir sistemin tətbiqi Sizə aşağıdakı üstünlükləri əldə etməyə imkan verəcəkdir:

  • inzibati xərclər azalır və təchizat şöbəsinin heyəti üzərinə düşən fəaliyyət yükü azalır;
  • elektron sənədləşməyə keçmə yolu ilə işin effektivliyi yüksəlir;
  • maddi-material vəsaitlərinin alınmasına və xərclənməsinə həqiqi nəzarəti təşkil etməyə imkan verir.

Elektron maddi-texniki təchizat sisteminin tətbiqi – istər çox da böyük olmayan kommersiya şirkəti olsun, istərsə də onlarla filialı və törəmə müəssisələri olan iri bir korporasiya olsun – Sizin biznesinizin inkişafının sütunlarından biridir.

Material qiymətlilərin alınmasının və uçotunun optimallaşdırılması

Təklif edilən həllin tətbiqi, aşağıdakı məsələlərə kompleks şəkildə yanaşma yolu ilə biznesin bu sahəsində yarana bilən tipik problemləri adlamağa imkan verir:

  • maddi-texniki təchizat şöbəsinin saxlanmasına çəkilən xərclərin azaldılması və optimallaşdırılması;
  • sifarişin hazırlanmasına, rəsmiləşdirilməsinə və yerinə yetirilməsinə sərf olunan vaxtın azaldılması;
  • alışların keçirilməsində vahid strategiyanın hazırlanması və tətbiqində hissəliyin (fraqmentliyin) azaldılması;
  • təchizat şöbəsinin işinin şəffaflığının artması və müəssisə rəhbərliyi tərəfindən nəzarətin gqclənməsi;
  • maddi-texniki vəsaitlərin istifadəsində hesabatlılığın və məsuliyyətin sistemləşdirilməsi.

Maddi-texniki təchizat sisteminin hazırlanması zamanı biz biznesin aparılmasının yerli reallıqları nəzərə alıb öz yeniliklərimizin tətbiqilə ən uğurlu dünya təcrübəsi həllərinə istinad edirdik.

Sistemdən istifadə etməklə qısa müddət ərzində müəssisədə təchizat şıbəsinin yenidən qurulmasını və alışların mərkəzləşdirilmiş idarəedilməsinin effektivliyinin artırılmasını təmin etmək mümkündür.

Maddi-texniki təchizat sistemi universallığı ilə fərqlənir və hər hansı miqyasda və sahədə olan şirkətin təchizat şöbəsinin işinin effektivliyini artırmaq üçün hazırlanmışdır.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı