SWIFT - beynəlxalq bank əlaqələri

"Caspel" şirkəti yüksəkeffektivli banklararası qarşılıqlı əlaqəni yaratmağa imkan verən müasir texnologiyaların tətbiqi üzrə optimal həll təklif edir. SWIFT-in (Dünya banklararası maliyyə telekommunikasiyaları cəmiyyəti) vasitəsilə məlumatların ötürülməsi və ödənişlərin həyata keçirilməsi sisteminin inteqrasiyası - informasiya təhlükəsizliyinin zamanətidir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

SWIFT sistemi 1973-cü ildən beynəlxalq səviyyədə fəaliyyət göstərir. O, SWIFT-BIG, BIG code, SWIFT ID, SWIFT code adları altında da tanınmışdır. Bu servisin tətbiqi beynəlxalq bazarda işləyən maliyyə institutları üçün məcburi xarakter daşıyır.

Sistemin imkanlarına əminlik aşağıdakı siyahıdan qaynaqlanır:

  • 200-dən çox ölkədə fəaliyyət göstərməsi;
  • 10000-ə yaxın bankın üzvlüyü;
  • bir günə 1 milyondan çox tranzaksiya;
  • bir ilə 2,5 milyard tədiyyə tapşırığı.

Bankın ümumi sistemə daxil edilməsi - pul köçürmələri, tədiyyə hərəkətləri və birliyin digər üzvləri ilə qiymətli kağızlarla maneəsiz şəkildə əməliyyatlar keçirməyə imkan verən unikal SWIFT-kodun verilməsi ilə müşayiət olunur.

SWIFT-ə qoşulmanın faydaları

"Caspel" şirkəti SWIFT sisteminə qoşulmaq üzrə böyük təcrübəyə malikdir. Şirkətimizin bu texnologiyanın tətbiq edilməsi sahəsindəki fəaliyyəti ərzində şəbəkənin işi ilə bağlı hər hansı şikayət qeydə alınmamışdır.

SWIFT-in fəaliyyəti iki əsas istiqamətə: maliyyə və sistem məlumatları mübadiləsi imkanlarını təqdim etməyə yönəlmişdir. Bütün məlumatlar standartlaşmış formaya malikdir və eyni formatda dəstəklənirlər. Belə standartlıq səbəbindən məlumatların ötrülməsinin sürətlənməsi mümkün olmuşdur. Çünki bu zaman ötürülən məlumatların işlənməsi və göndərilməsinə çox az vaxt tələb olunur.

SWIFT 120-dən çox mübadilə əməliyyatını əhatə edir ki, bu da müştəriyə aşağıdakı işləri yerinə yetirməyə imkan verir:

  • müştəri və bank fondlarının köçürmələri;
  • valyuta tranzaksiyaları;
  • kreditlərlə iş;
  • qiymətli sənədlərin ötürülməsi;
  • hesablar üzrə hesabatların göndərilməsi;
  • inzibati yazışma və s.

Sistemin ilkin təyinatı beynəlxalq səviyyədə fəaliyyət göstərmə olmasına baxmayaraq, o, tam şəkildə ölkədaxili əməliyyatlara adaptə edilmiş və hal-hazırda köhnəlmiş məlumatların ötürülməsi texnologiyalarını tamamilə əvəz edir.

Bank infrastrukturuna SWIFT texnologiyasının tətbiqi, bütün mübadilə əməliyyatlarının keçirilməsini sürətləndirməyə, həmçinin bir təşkilatın filialları və ya müxtəlif bank strukturları arasında möhkəm əlaqələr yaratmağa imkan verəcəkdir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı