Məlumatların prosessinq işlənməsinin və saxlanmasının etibarlı sistemləri

"Caspel" şirkəti məlumatların işlənib hazırlanması və saxlanmasının imtinayadavamlı, təhlükəsiz və etibarlı sistemlərinin yaradılmasında böyük təcrübə əldə etmişdir. Sizin müəssisənizin qarşısında olan biznes-məsələlərin həlli üçün "Caspel"in təklif etdiyi həllər yüksək texniki-istismar xarakteristikaları, əlçatarlığın çevik, düşünülmüş və təhlükəsiz sistemi və optimallığı ilə fərqlənirlər.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Düzgün tərtib edilmiş arxitektura və istehsal server gücləri saxlanan çməlumatları zədələnməkdən və avtorizə edilməmiş əlçatarlıqdan təhlükəsizliyini təmin edirlər. Bütün bunlarla yanaşı onlar riskləri qəbulediləcək səviyyəyə salmağa imkan verən effektiv mərkəzləşdirilmiş idarəetməyə malikdirlər.

Təklif edilən məlumatların işlənməsi və saxlanması sistemləri kiçik və orta biznes, iri korporativ müştərilər qarşısında duran müxtəlif növlü məsələlərin əsaslı həlli üçün hazırlanmışdır.

Bizim təkliflərimiz:

  • informasiyanın saxlanması sistemlərinin konsolidasiyası və virtuallaşması üzrə professional xidmətlərin göstərilməsi;
  • lokal şəbəkələr və ya qlobal internet şəbəkəsi çərçivəsində avtorizə olunmaqla geniş imkanlı məlumatlara əlçatarlığın fasiləsizliyi;
  • məntiqli indeksasiya, çevik axtarış sazlamaları və saxlanılan məlumatlar üçün ssenarilərin yaradılması ilə saxlancların unifikasiyası;
  • infrastrukturun və informasiya massivlərinin həcm artımının idarəedilməsinin çevik alətləri;
  • istifadəçi qrupları tərəfindən informasidan birgə təhlükəsiz istifadə;
  • bütün başlıca standartların dəstəklənməsi;
  • istifadəçilərin nadir hallarda müraciət etdikləri ehtiyat surətlərin və məlumatların arxivləşdirilməsinin avtomatik yaradılması ilə əldə edilən sistemin effektiv işinin stabilliyi.

Prosessinq mərkəzlərinin və məlumatların saxlanması hablarının qurulması və açılması minimum vaxt tələb edir. Bu iş müştərinin arzuları və biznesinin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir.sistemin iş prosesinin tam avtomatlaşdırılması, informasiya təhlükəsizliyinin yüksək səviyyəsini təmin edir.

Sistemin məhsuldarlığının parametrləri fərdi qaydada, müştərinin tələbləri və məlumat həcminin artması perspektivlərinin hesablanması diqqətdə saxlanmaqla sazlanır. IT-sistemin işsiz dayanmasının böyük ziyanlar vura bilmək ehtimalı olan bizneslər üçün "Caspel" şirkəti informasiyanı qısa bir zaman ərzində bərpa etməyə imkan verən müasir rezerv surətçıxarma sistemləri təklif edir.

Hardver və proqram həllər hər bir şirkətə informasiyanın prosessinq işlənməsinin və saxlanmasının optimal variantını tapmağa imkan verəcəkdir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı