Telefoniya

Telefon rabitəsi hər bir iri şirkətin işinin zəruri atributlarından biridir. Telefon şəbəkəsinin düzgün qurulması müəssisənin idarələri və şöbələri arasında rasional qarşılıqlı əlaqəni təmin edir. Müasir texnologiyalar IP-telefoniya, avtomatlaşdırılmış telefon stansiyaları (ATS) və səs şlüzlərinin köməyi ilə keyfiyyətli daxili rabitəni təmin etməyə imkan verirlər.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

“Caspel” şirkəti telefon xətlərinin və ATS-lərin quraşdırılması və çəkilməsi üzrə montaj işlərinin aparılması xidmətləri təklif edir. Bu işlər bir neçə mərhələdən ibarətdir:

  1. Artıq mövcud olan şəbəkə və avadanlıq barədə məlumatların toplanması;
  2. Tikilinin arxitekturasının təhlili;
  3. Layihə və smeta sənədlərinin hazırlanması;
  4. Montaj (optic-lif rabitəsinin çəkilməsi) və işəsalma-sazlama işləri.

Bundan da əlavə, “Caspel” quraşdırdığı şəbəkələrin xidmətini də öz üzərinə götürür.

Müəssisə üçün standart telefon rabitəsi aşağıdakılardan ibarət olur:

  • ATS – siqnalların və çağrıların bölüşdürülməsi və komutasiyası üçün aparatdır. Bu, həm ayrıca qurğu, həm də kompüterə qoşulan proqram-aparat həlli formasında ola bilər;
  • Kabellər şəbəkəsi – bilavasitə məftillərdən başqa belə şəbəkəyə passiv və aktiv avadanlığın (marşrutizatorlar, kommutatorlar, rozetkalar, patç-panellər və s.) bütöv bir spektri daxildir;
  • İşçi stansiyalar və abonent aparatları – həm bilavasitə telefon və ya faksdan, həm də kompüterə quraşdırılan xüsusi proqram təminatından ibarət ola bilər.

Ofisdə ayrıca ATS-in quraşdırılması zərurəti adətən operatorlar tərəfindən təqdim olunan nömrələrin çatışmazlığı ilə (defisiti ilə) əlaqədar olur. Bu problemi həll etmək üçün şirkətlərə bir neçə nömrə verilir. Bu nömrələr çoxkanallı olmalarına baxmayaraq, böyük telefon zəngi axını üçün yararlı deyillər. Kanalı bərabər tərzdə bölmək üçün isə ATS-dən istifadə olunur. ATS-lərin köməyi ilə ofisin əməkdaşları arasında telefon rabitəsi yaradır və xarici zəngləri daxili abonentlər arasında bölürlər.

Kabel telefoniyası üçün əvvəllər hər yerdə adi telefon kross-panellərindən və rozetkalarından (“əriştə”) istifadə edirdilər. İndi isə kompüter şəbəkələrində istifadə olunan kabelə (6-cı kateqoriyalı burma cüt kabel) analoji olan avadanlıq tətbiq olunur ki, bu da şəbəkəni daha çevik və səmərəli qurmağa, rabitə üçün müasir vasitələr istifadə etməyə və rabitəyə çəkilən xərclərdə qənaət etməyə imkan verir.

Daxili telefoniyanın üstünlüklərinin məcmusu bu rabitə metodunu ən sərfəli, praktik və effektiv edir. Bu sahədə mövcud olan avadanlığın rəngarəngliyi və müxtəlif qiymət diapazonu isə həm kiçik bir firmanın, həm də iri korporasiyanın ofisi üçün həllər seçməyə imkan yaradır.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı