Terminal həllər: üstünlükləri və tətbiq sahələri

Biz Sizin təşkilatınızın lokal şəbəkələrinin kompleks şəkildə optimallaşdırılmasının effektiv yolunu – “Zərif müştəri” xidmətindən istifadəni təklif edirik. Bu sinifdə olan avadanlıqlar öz-özlüyündə, terminal rejimdə işləmək üçün yaradılmış kifayət qədər geniş qurğu sırasını əhatə edir. “Zərif müştəri” xidmətinin fəaliyyət göstərməsinin mahiyyəti ondan ibarətdir ki, bu zaman müvafiq qurğu yalnız lokal şəbəkə vasitəsilə serverə ötürülən məlumatın daxıl-xaric edilməsi üçün istifadə edilir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Təşkilatınızın lokal şəbəkələrində terminal həllərin tətbiqi aşağıdakı imkanları əldə etməyə imkan verir:

  • serverlərə köçürmə yolu ilə əldə olunan proqramların sürətli işi;
  • tam həcmli kompüter (PC) əldə edib onu quraşdırmaqla müqayisədə daha az vəsait və daha az vaxt sərfiyyatı;
  • mövcud hesablama güclərini çevik şəkildə artırma imkanı. Yəni hesablama gücü kifayət qədər olmayan ayrı-ayrı kompüterin apqreyti əvəzinə, terminal sistemdə yalnəz serverin modernləşdirilməsi kifayət edir;
  • avadanlığın server hissəsinə xidmət edən və işçi stansiyalarla çalışmayan sistem administratorlarının vaxt və güc sərfiyyatının optimallaşdırılması;
  • elektrik təchizatında fasilələr olan şəraitdə avadanlıqların işinin stabilləşdirilməsi. Terminal şəbəkədə bunun üçün serverə fasiləsiz elektrik cərəyanı təminatı qurğusunun quraşdırılması kifayətdir. Bu halda, hətta “Zərif müştəri” xidmətinin avadanlıqları sönsə də onlarda başlamış proseslər heç bir məlumat itkisi qorxusu olmadan serverdə davam edəcəkdir;
  • məlumat dövriyyəsinin təhlükəsizliyinin artması. Məlumatlarınız serverdə saxlandığından, onların əlçatarlığı qruplar və ya ayrı-ayrı istifadəçilər arasında çox çevik bir şəkildə paylanıla bilər.
  • elektrik enerjisi xərclərinə qənaət edilməsi. Terminallar stolüstü kompüterlərlə (PC) müqayisədə daha az enerji sərf edirlər. Bu amil biznesin inkişafı üçün əlavə vəsaitlər ayırmağa imkan verir.

Terminal həllərin digər xüsusiyyətləri

“Zərif müştəri” xidmətindən istifadə, zərurət halında yeni iş yerlərini əlavə etməklə çox rahat tərzdə sistemi miqyaslaşdırmağa imkan verir. Bundan da başqa, “Zərif müştəri” xidməti ilə işləyən sistem biznesin təhlükəsizlik səviyyəsini artırır və fəaliyyətin fasiləsizliyini təmin edir.

Məsələn, sıradan çıxmış terminalın təmirinə çəkilən xərclər şirkətin aparıcı mütəxəssisinin kompüterinin sərt diskində olan məlumatların bərpa edilməsi xərcindən müqayisəedilməz dərəcədə azdır.

Terminal həllər istehsaldan maliyyə sahəsinə qədər müştəri-servis texnologiyasından istifadə edən bütün sahələrdə özünü uğurlu şəkildə göstərmişdir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı