FASİLƏSİZ QİDALANDIRMA SİSTEMLƏRİ – avadanlığın dayanmadan işləməsinin zəmanətidir

Ofislərdə, sənaye sahələrində, kommersiya obyektlərində enerji təminatının qəfildən kəsilməsi, şəbəkələrdə qəzaların baş verməsi səbəbindən avadanlığın dayanması baş verə bilir. Bu zaman sahibkarlar birbaşa ziyan çəkir, habelə, mühüm korporativ məlumatların birdəfəlik itirilməsi təhlükəsi ilə üzləşirlər. Məhz bu səbəbdən fasiləsiz qidalandırma sistemləri, elektron qurğuların işləməsinin əsas amili rolunda çıxış edirlər. Bəzi şirkətlər hələ də bu məqama lazımi diqqəti yetirmirlər, bu səbəbdən də sözügedən texnologiyaların tətbiqinin üstünlüklərini düzgün dəyərləndirə bilmirlər.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Bu sistemi tətbiq edənlər, aşağıdakıları aradan qaldıra biləcəklər:

  • elektrik təchizatının qəza açılmalarının mənfi nəticələrini;
  • avadanlıqda olan məlumatın itirilməsini;
  • cihazların sıradan çıxmasını;
  • elektrik enerjisinin sıçrayışlarına görə qurğuların xarab olmasını.

Bizim şirkət fasiləsiz qidalandırma sistemləri üzrə xidmətlərin tam spektrini təklif edir. Buraya planlaşdırmadan, cihazların təqdim edilməsindən tutmuş, avadanlığın montajına, sazlanmasına, xidmətinə qədər bütün növ xidmətlər aiddir.

Fasiləsiz qidalandırma sistemləri bir neçə sistemin birləşməsindən ibarətdir. Əgər söhbət qısamüddətli enerji fasilələrindən gedirsə, burada akkumulyatorlardan işləyən fasiləsiz qidalandırma mənbələri var. Daha uzunmüddətli dayanmalar üçün ehtiyat qidalandırma mənbələri və generatorlar nəzərdə tutulmuşdur. Fasiləsiz qidalandırma sistemlərinin faydalı iş əmsalı 99%-ə çata bilir.

Əsas şəbəkədən ehtiyat enerji təchizatı sisteminə qoşulma müddəti – çox mühüm amildir. Belə ki, bu zaman kəsimi bəlli göstəricidən çox olarsa, həssas avadanlıqlar üçün fəsadlar törənə bilər.

Ehtiyat sistemlərinin şəbəkəyə verdikləri cərayanın göstəriciləri standartlara uyğun olur. Amma seçim edəndə, sınanılmış istehsalçılara müraciət etmək daha məqsədəuyğundur. Onların istehsal etdiyi avadanlıq bir qədər daha baha olsa da, sizin avadanlıqların elektron sxemləri ifrat gərginlikdən qorunmuş olacaqlar.

Ehtiyat qidalandırma sistemində tətbiq edilən sxemdən asılı olaraq, bu sistemə ayrı-ayrı avadanlıqlar (kompüterlər, serverlər) və hətta bütöv binalar belə, qoşula bilərlər. Belə sistemləri planlaşdırarkən, bizim müştərilər nələri nəzərə almalıdırlar?

  • Şəbəkənin yüklənməsi düzgün hesablanmalıdır.
  • Enerji təchizatının dayandığı təqdirdə, avadanlığın xidmətilə məşğul olan personal üçün iş planı, təlimatlar nəzərdə tutulmalıdır.
  • Monitorinq və xəbərdaretmə sistemi quraşdırılmalıdır.

Fasiləsiz qidalandırma sistemləri quraşdırarkən, siz ofisinizin, istesalınızın təhlükəsiz işini təmin edir, avadanlığınızın dayanmadan fəaliyyət göstərməsinə nail olursunuz. Fasiləsiz qidalandırma sistemləri qurğu və cihazların uzunmüddətli işləməsinin, məlumatların saxlanmasının, sizin rahat fəaliyyətinizin zəmanətidir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı