Videomüşahidə və əlçatarlığa nəzarət sistemlərinin hazırlanması və quraşdırılması

"Caspel" şirkəti ofis, yaşayış, istehsal anbar təyinatlı otaqlarda və həmçinin onlara bitişik ərazilərdə videomüşahidə və əlçatarlığa nəzarət sistemlərini işləyib hazırlayır və quraşdırır. Şirkətimizin kiçik və böyük biznes, dövlət strikturları və korporativ müştərilər üçün bu sistemləri quraşdırmaq sahəsində topladığı böyük təcrübəsi, ona biznesiniz qarşısında olan fərdi məsələlərin də həlli üçün hər hansı bir mürəkkəblik səviyyəsi olan videomüşahidə və əlçatarlığa nəzarət sistemlərini hazırlayıb həyata keçirməyə imkan verir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Videomüşahidə sistemlərinə IT-həllərin inteqrasiyası vizual nəzarəti avtomatlaşdırmağa və sifətlərin və avtomobillərdə olan dövlət qeydiyyat nişanlarının tanınması altsistemləri vasitəsilə göstərilən təsvirin təhlilini aparmağa imkan verir.

Sistem, videokameralardan daxil olan məlumatların saxlanması, təhlili və işlənməsi üçün təhlükəsizliyin təminatında müasir texnologiyaları tətbiq etməyə imkan verən IP-videomüşahidədən istifadə ounmaqla həyata keçirilir. Müştərinin ehtiyaclarından və videomüşahidə layihəsinə ayıra bildiyi büdcədən asılı olaraq onun üçün maksimal təhlükəsizlik səviyyəsi və minimum "kor" zonalar təmin edən optimal texniki vasitələr və sxemlər seçilir.

Kameraların qoşulması üçün isə sertifikatlaşdırılmış mis və ya optik-lif kommunifasiyalardan istifadə olunur.

"Caspel" şirkəti tərəfindən təklif edilən həllərin üstünlükləri

Tətbiq olunan rəqəmsal videomüşahidə sistemi analoq sistemi ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Onun əsas üstünlükləri aşağıdakılardır:

  • internet vasitəsilə məsafədən əlçatarlıq və sistemin işinə nəzarət imkanı;
  • mühafizə olunan ərazidə baş verənləri aydın şəkildə görməyə imkan verən təsvirin yüksək keyfiyyəti və detellığı;
  • postfaktum məlumatlarına əlçatarlığı təmin edən təhlükəsiz rəqəmsal videoaxınların saxlanması sistemlərindən istifadə edilməsi;
  • digər mühafizə sistemləri ilə, yanğın və həyəcan siqnalizasiyası modulları ilə sadə inteqrasiya oluna bilməsi;
  • görünüş nöqtələrinin genişləndirilməsi funksiyasının dəstəklənməsi və ya əlşatarlığa nəzarət sisteminin sadə miqyaslaşdırılması;
  • xidmət operatorlarına əlavə təlim keçirilməsini tələb etməyəcək qədər xidmətin sadəliyi.

Mühafizə videomüşahidəsinin bütün kompleksi softver və aparat genişlənmələrinin quraşdırılması yolu ilə müştərinin biznesinin tələbatlarına uyğunlaşdırıla bilən mərkəzləşdirilmiş idarəetmə altında işləyir.

Videomüşahidənin tətbiqi Sizə obyektlərinizdə maddi dəyərlərin oğurlanmasının və əmlakın xarab edilməsinin qarşısını almağa, biznes prosesləri optimallaşdırmağa və əməkdaşların intizamını yüksəltməyə və ümumi olaraq təhlükəsizlik səviyyəsini artırmağa imkan verəcəkdir.

Məsafədən qoşulmaq imkanı isə Sizə hətta yerinizdə olmadığınız zaman biznesinizin qüsursuz çalışması əminliyi verəcəkdir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı