“Bulud” həllər. Virtual maşınların üstünlükləri və imkanları

Resursların virtuallaşdırılması – serverlərin və server sistemlərinin bir aparat platforması çərçivəsində, sistemin funksionallığını tam saxlamaq şərtilə izolə edilmiş surətlərinin yaradılmasının effektiv alətidir. Bu metod əməliyyat sistemlərinin çalışması üçün zəruri olan bütün qurğuların emulyasiyasından istifadəni nəzərdə tutur. Belə istifadə virtual maşınlar adı almış qurğularda zəruri proqram təminatının işləməsinə imkan verir. Virtuallaşdırma, aparat infrastrukturunun inkişafında ən perspektiv optimallaşdırma metodlarından biri kimi qəbul edilir.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Virtuallaşmanın həll edə bildiyi əsas məsələlər aşağıdakılardır:

  • hesablama resurslarının ümumi gücünün artırılması ilə müşayiət olunan birləşdirilməsi və optimallaşdırılması;
  • imtinalara və sıradan çıxmalara yüksəjk davamlılığı olan əlçatar sistemlərin yaradılması;
  • uzaq məsafəli ofislə iş;
  • proqram təminatının işinin layihələndirilməsi və testdən keçirilməsi üşün istifadə;
  • məlumatların işlənməsinin əsas mərkəzi və ya rezerv mərkəzi funksiyaları olan virtual maşınların yaradılması.

Virtuallaşmadan istifadə biznesinizə nə verir?

Virtuallaşdırmadan istifadə - şəbəkə dəstək xidmətinə olan yüklənməni azaldan, ümumiyyətlə IT-infrastrukturun işini optimallaşdıran və sadələşdirən təsirli metoddur. “Caspel” şirkətinin təklif etdiyi modullar Sizin müəssisə çərçivəsində virtuallaşmanın iqtisadi əsaslanmasını dəqiq şəkildə müəyyən etməyə və informasiya texnologiyaları sahəsinin inkişafına xərcləri daha savadlı şəkildə planlaşdırmağa imkan verir.

Bizim təklif etdiyimiz həll universaldır və kiçik və orta biznesin, istehsal müəssisələrinin, kommersiya və maliyyə holdinqlərinin işinin sadələşməsi və optimallaşması üçün nəzərdə tutulmuşdur.

Virtuallaşmanın tətbiqi Sizin şirkətə imkan verəcəkdir ki:

  • fiziki serverlərə xidmət xərclərini yarıbayarı azaldaraq, onların istifadə effektivliyini artırmağa;
  • məlumat itkisinin etibarlı mühafizəsi və sıradan çıxma və ya fövqəladə hadisə zamanı sistemin işini sürətlə bərpası ilə biznesin fasiləsizliyini təmin etməyə;
  • biznesin gələcək inkişafına şərait yarada bilən şirkətin IT-proseslərinin idarəedilməsini sadələşdirməyə;
  • hər hansı bir qurğudan iş üçün zəruri olan məlumatlara və ya proqramlara əməkdaşların avtorizə edilmiş əlçatarlığını təmin etməklə onların imkanlarını artırmağa.

Virtuallaşma – iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərən müəssisələr üçün geniş imkanlar təqdim edən biznes üçün IT-texnologiyaların ən perspektiv inkişaf istiqamətlərindən biridir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı