İş Yerlərinin Virtuallaşdırılması – virtual İT-infrastrukturunun üstünlüklərindəndir

Şirkətdə yeni şöbə yaratmaq, habelə mövcud bölməni digər məkana köçürtmək üçün bəzən günlərlə, hətta həftələrlə vaxt lazım olur. Bundan əlavə, elə hallar da olur ki, bir şöbədə iş yeri boş dayanır, digərində isə yenisini yaratmaq məsələsi durur. Əlbəttə ki, bu, o halda baş verir ki, siz İş Yerlərinin Virtuallaşdırılması kimi bir qabaqcıl sistemdən istifadə etmirsiniz. Sözügedən halda isə əməkdaşlar hətta Bring Your Own Device sistemindən istifadə edərək, öz şəxsi avadanlıqlarından korporativ məlumatlara daxil ola bilərlər.

Suallarınız yaranıb?

Telefonunuzun nömrəsini və ya e-mailinizi göstərilən sahəyə daxil edin. Biz mütləq Sizinlə əlaqə saxlayacağıq.

Universal iş yerlərinin mövcudluğu – hər bir rəhbər üçün arzuolunan modeldir. Bu, ayrıca olaraq menecerlər, mühəndislər, mühasiblər və sair mütəxəssislər üçün iş yerlərinin yaradılmasından qat-qat sərfəlidir. Bu sistemin əsas bonusu odur ki, şirkətin hər bir kompüterindən sizin öz fayllarınıza və sənədlərinizə əlçatarlığınız olacaq və bu zaman, siz məlumatların itirilməsindən kifayət qədər qorunmuş olacaqsınız. Bu, öz call-mərkəzləri olan şirkətlər üçün xüsusilə aktualdır. Belə bölmələrdə eyni işi görən əməkdaşları şəxsi iş yerinə təhkim etməyin heç bir mənası yoxdur.

Şirkətimiz İş Yerlərinin Virtuallaşdırılması və əlavələr üzrə kompleks xidmətlər göstərir. Siz məsrəflərinizi azalda, əməkdaşlarınızı daha mobil edə bilərsiniz və bu zaman korporativ məlumatın təhlükəsizliyini qorumuş olarsınız.

İş Yerlərinin Virtuallaşdırılması özündə bir sıra xidmətləri cəmləşdirir:

  • mütəxəssislərimiz texniki həlləri işləyir və tətbiq edirlər (proqram təminatı, texniki təminat və işçi heyətin öyrədilməsi daxil olmaqla);
  • İş Yerlərinin Virtuallaşdırılması infrastrukturunun xidmətə götürülməsi;
  • İş Yerlərinin Virtuallaşdırılması ilə iş apararkən, işçi heyətin texniki dəstəyinin həyata keçirilməsi.

İş Yerlərinin Virtuallaşdırılması stansiyalarının hazırlanması – sizin şirkətin ofislərinin coğrafiyası, işçi heyətin üzvlərinin rolu, tələbatı nəzərə alınmaqla aparılır. Misal üçün, satış üzrə menecer və ya məsləhətçi mobil istifadəçilərə aid edilir, call-mərkəzin (çağrı mərkəzinin) əməkdaşları isə ofis heyətinə.

Birincilər üçün verilənlərə və məlumatlara əlçatarlıq, lokal saxlanclarda məlumatların saxlanma səviyyəsi və əldə edilmə çevikliyi – ümdə əhəmiyyət kəsb edir. İkinci sözügedən kateqoriya üçün isə qarşıda duran məsələlərin həlli üçün biznes-əlavələr – ən mühüm mövzudur. Belə ki, onlar öz cari fəaliyyətlərində minimal məlumatın daxil edilməsi ilə şərtlənən bir neçə əlavədən istifadə ilə kifayətlənirlər.

Bunlarla yanaşı, məxsusi tələbləri olan istifadəçılər də vardır. Bunlara layihəçiləri, dizaynerləri, əlavələrin tərtibatçılarını və bu kimi ixtisas sahiblərini aid etmək olar. Onların işində spesifik qurğular, xüsusi kompüter resursları olmadan keçinmək olmur.

İş Yerlərinin Virtuallaşdırılmasını tərtib və tətbiq edərkən, bizim mütəxəssislərin qarşısında duran vəzifə - bütün əməkdaş qruplarının tələbatlarını qarşılamaq və sizin şirkətinizin daha da uğurlu olmasını təmin etməkdir.

İnteqrasiya həlləri

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

yuxarı